Milli komandamızın oyununda hakim dəyişikliyi

XƏBƏR 27 Fevral 2012 / 12:36 1364
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İslandiya oyununu idarə edəcək hakimlərin siyahısında dəyişiklik edilib.

Qol.Az-ın məlumatına görə, Bosniya və Herseqovinanı təmsil edən yan xətt hakimi Senad İbrisimbeqoviçin əvəzinə rusiyalı Dmitri Mosyakin təyinat alıb:

Baş hakim: Emir Alekoviç (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Momir Sirko (Bosniya və Herseqovina), Dmitri Mosyakin (Rusiya)
Dördüncü hakim: Darko Obradoviç (Bosniya və Herseqovina)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

Qeyd edək ki, matç fevralın 29-da, saat 18:00-da, AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da baş tutacaq.

Mənbə: affa.az


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner