Son vaxtlar adı Makedoniya millisinin baş məşqçi postuna 1 nömrəli namizəd sayılan “Qarabağ”ın yarımmüdafiəçisi Artim Şakirinin Makedoniyanın “Novo Makedoniya” qəzetində müsahibəsi dərc olunub. Qol.Az-ın məlumatına görə, futbolçu müsahibəsində son vaxtlar yayılan informasiyalara aydınlıq gətirib. O, öncə “Qarabağ”dakı durumundan razılığını dilə gətirib: “Son vaxtlar klubumdakı işlərim qaydasında gedir. Ardıcıl iki oyundur qol vururam. Deyərdim ki, yaxşı formadayam və özümü çox yaxşı hiss edirəm. Ümumilikdə isə cari mövsümdə 6 qola imza atmışam”. Daha sonra Şakiri son vaxtlar Makedoniya millisinə baş məşqçi təyin olunacağına dair gəzən informasiyanı da təsdiqləyib: “Bəli, bundan xəbərim var. Makedoniya Futbol Federasiyasından zəng edib bu təklifi özümə də ediblər. Əgər razılıq versəm, adım dərhal təsdiqlənəcək. Amma qeyd etdiyim kimi, hazırda yaxşı formadayam və ən azı 2 il futbol oynamaq istəyirəm. İlk növbədə isə “Qarabağ”la titul qazanmağı arzulayıram. Futbolçu karyeramı bitirdikdən sonra Makedoniyanın hansısa klubunda və yaxud milli komandasında baş məşqçi işləyə bilərəm”. Artim “Qarabağ”ın son turda qələbə qazandığını, bundan başqa, ölkə kubokunda mübarizəni davam etdirdiyini də həmyerlilərinin diqqətinə çatdırıb. O, Ağdam klubu ilə üzümüzə gələn mövsüm avrokuboklarda iştirak edəcəyinə ümid etdiyini də deyib.
Qeyd edək ki, Şakiri Makedoniya milli komandasının formasını 73 dəfə geyinib və 15 qolun müəllifi olub.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas