Cihan Özkara 77 dəqiqə oynadı, komandası xal qazandı

Cihan Özkara 77 dəqiqə oynadı, komandası xal qazandı
XƏBƏR 27 Fevral 2012 / 02:09 1914
-  A +

21 yaşlı futbolçulardan ibarət milli komandamızın oyunçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu "Sivasspor" səfərdə "Gənclərbirliyi"nin qonağı olub.

Görüşdə 6 qolun vurulmasına baxmayaraq, komandalar meydanı sülhlə tərk ediblər. Hərəyə 3 dəfə fərqlənən komandaların duelində qalib müəyyənləşməyib.

Matçın start heyətində meydanda olan Cihan 77-ci dəqiqədə əvəzlənib. Murat Akca həmyerlimizin əvəzinə meydana daxil olub. 


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner