“Uşaq-muşaqı milliyə çağırıblar”

“Uşaq-muşaqı milliyə çağırıblar”
XƏBƏR 26 Fevral 2012 / 13:57 3382
-  A +

Türkiyə millisinin baş məşqşçisi Abdullah Avcının fevralın 29-da Bursa şəhərində keçiriləcək Slovakiya ilə yoxlama matçına bir neçə təcrübəli futbolçu, o cümlədən “Fənərbaxça”dan Volkan Dəmirəl və Əmrə Bəlözoğluya dəvət göndərməməsi etiraza səbəb olub.

Qol.Az-ın məlumatına görə, Türkiyənin “Sabah” qəzeti yazıb ki, Avcının belə bir addım atmasına Volkan Dəmirəl xüsusilə hiddətlənib. O, milliyə çağırılan yeni futbolçular haqda danışarkən “Avçı komandaya uşaq-muşağı çağırıb” sözlərini işlədib.

Qeyd edək ki, Volkan Dəmirəl Türkiyə milllisində 75 oyun keçirib.


 


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner