Roberto Karlos: "Bu, təkcə "Fənərbaxça"ya deyil..."

Roberto Karlos: "Bu, təkcə "Fənərbaxça"ya deyil..."
XƏBƏR 25 Fevral 2012 / 13:26 2470
-  A +

"Anji" klubunun futbolçusu Roberto Karlos sabiq komandası "Fənərbaxça" haqda danışıb.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu danışılmış oyunlarla əlaqədar Türkiyədə yaşanan qalmaqalın futbolçulara mənfi təsir etdiyini bildirib:

"Fənərbaxça"nın oyunlarını izləyirəm. Sabiq komandamın oyunlarını izlədikdə çox həyəcanlanıram. Futbolçular üçün çətin bir dönəmdir. Meydandankənar amillər də futbolçulara mənfi təsir göstərir.

İnanıram ki, ədalət öz yerini tapacaq. Yenə futbolda oyun-alqı satqısı çox çirkin bir şeydir. Günahkarlar cəzalandırılmalıdır ki, çempionat ədalətli keçirilsin. Bu, təkcə "Fənərbaxça"ya deyil, bütün çempionata zərər verəcək".   


Son xəbərlər