Unibank Premyer Liqasının XXI turu “Qəbələ” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub. Öz meydanında “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradan komanda bir neçə ilkə imza atmaqla yanaşı yubileylər də qeyd edib.
- Matçın 66-cı dəqiqəsində meydana daxil olan Ürfan Abbasov karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da 20 yaşlı futbolçu klub tarixinin 130-cu oyunçusu olub. Bunlardan 16-sı yalnız Azərbaycan kubokunda oynadığından Abbasov Premyer Liqada “Qəbələ” forması geyən 114-cü oyunçu olub.
Xatırladaq ki, ötən turun “Simurq”la səfərdəki oyununda fransalı Yannik Kamanan və Elmar Baxşıyev də “Qəbələ”də debüt etmişdilər. Bu 130 futbolçudan 73-ü yerli, 57-si legionerdir ki, onlar da 26 ölkəni təmsil edir: Gürcüstan – 9, Braziliya, Rusiya – hərəsi 6, Serbiya, Ukrayna – hərəsi 5, Moldova – 3, Hollandiya, Bolqarıstan, Rumıniya – hərəsi 2, Argentina, Qvineya, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Seneqal, Sierra Leone, Türkiyə, Türkmənistan, Yamayka, Şotlandiya və Fransa – hərəsi 1. Bu 57 legionerdən 6-sı milliləşən olsa da onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb.
- Komanda 4 quru oyundan sonra qapısından qol buraxıb. Latviyalı qapıçı Pavel Doroşev sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında qol görmüşdü. 79 gün əvvəlki həmin matçın 39-cu dəqiqəsində Samir Abasov “Qəbələ”nin qapısına qol vura bilmişdi. Sonrakı 4 qarşılaşmada qapısını toxunulmaz saxlayan Pavel “Xəzər Lənkəran”la görüşün 26-cı dəqiqəsində topu qapıdan çıxarıb. Rahid Əmirquliyevin vurduğu qol Doroşevin 437 dəqiqəlik seriyasına son qoyub.
- “Qəbələ”nin 2 futbolçusu üçün “Xəzər Lənkəran”la görüş yubiley xarakteri daşıyıb. Luis Hilario komandada 20-ci, Bruno da Silva Premyer Liqada 30-cu dəfə “Qəbələ” forması geyib.
- Komandanın qələbə qolunu vuran Deon Barton klub tarixində 13-cü dəfə rəqib qapısına yol tapdı. Bununla da o, “Qəbələ”nin ümumi bombardirləri siyahısında 3-cü yerin vahid sahibi oldu. Artıq İbrahim Hüseynovdan 1 qol öndə olan yamaykalı Kənan Kərimovdan 5, Rövşən Əhmədovdan 7 qol geri qalır. Lakin bütün qollarını çempionatda vuran Deon klubunun Premyer Liqadakı ən yaxşı bombardiridir.
- Premyer Liqada 160-cı oyununa çıxan “Qəbələ”nin qələbə qolu da yubiley əhəmiyyəti kəsb edib. Bartonun qolu komandasının öz meydanında vurduğu ümumilikdə 160-cı, çempionatdakı ev matçlarında isə 90-cı qol olub.
- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələri məğlubiyyətsiz oyunlar sayını 7-yə çatdırıb. Yenilməzliyini 87 günə çatdıran “Qəbələ” uduzmadığı 7 oyunda 5 qələbə qazanıb və 2 heç-heçə edib. Bu matçlardakı top fərqi 10:2-dir. Bu matçların 6-sı çempionatda qeydə alınıb ki, cari mövsüm bu, komanda üçün ən yaxşı seriyadır.
- “Qəbələ” ötən il oktyabrın 29-da öz meydanında “Simurq”a 0:2 hesabı ilə uduzduqdan sonra ev matçlarında da 6 oyundur məğlub olmur. Bu matçların 5-i Premyer Liqa, 1-i kubok çərçivəsində baş tutub.
- Təsnifat mərhələsinin son 2 oyunundan asılı olmayaraq “Qəbələ” ötən mövsümkü göstəricisini arxada qoydu. Belə ki, artıq hesabında 32 xal olan komanda 2010/11 mövsümünün təsnifat mərhələsində cəmi 31 xal toplaya bilmişdi. “Qəbələ” “altılıq” sistemi ilə keçirilən 3 çempionatdan yalnız 1-cisində - 2009/10 mövsümündə ilk 22 matçlıq bölümdə daha çox – 36 xal toplamışdı. Qarşıdakı 2 matçda 4 xal toplanacağı halda həmin rekord təkrarlanacaq.
Mənbə: gabalafc.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?