İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger 3 hücumçunu ehtiyat komandaya göndərib.
Qol.Az-ın “Metro” nəşrinə istinadən verdiyi məlumata görə, bunlar rusiyalı Andrey Arşavin, mərakeşli Maruan Şamax və cənubi koreyalı Pak Çju Yundur.
Fransalı mütəxəssis hər üç futbolçuya məşqlərdə daha çox işləmələrinin gərəkliyini bildirib. “Arsenal”ın əvəzedici heyətinin fevralın 21-də “Norviç Siti” ilə keçirəcəyi görüşdə Şamax və Pakın iştirakı gözlənilir. Arşavin isə fiziki hazırlıq üzrə testdən keçməli olacaq.
Qeyd edək ki, son zamanlar Andrey Arşavin mətbuat, azarkeşlər və ekspertlərin tənqidlərinə tuş gəlir. Mövsümün sonunda baş məşqçi Arsen Vengerin onunla vidalaşacağı gözlənilir. Hətta “The Daily Mail” Arşavinin “Arsenal”ı yaxın günlərdə tərk edəcəyini yazıb. Rusiyalı forvardla “Anji”nin maraqlandığı bildirilir.
Volkanı Metin əvəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video