İlk "altılığ"a üç namizəd qaldı

İlk "altılığ"a üç namizəd qaldı
XƏBƏR 21 Fevral 2012 / 17:07 2121
-  A +

Unibank Premyer Liqasının bu gün keçirilən 21-ci turundan sonra "Rəvan" klubunun ilk “altılıq”dan kənarda qalacağı rəsmiləşib.

Qol.Az-ın məlumatına görə, bugünkü matçda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olan “Rəvan”ın “altılıq”da çıxışı üçün şansları qalmayıb. 

Qeyd edək ki, ilk “altılıq”da çıxış edəcək dörd komanda rəsmən bəllidir. Bunlar “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ”dır.

Birinci “altılıq”da digər iki yerə isə üç namizəd var. Bunlar “Bakı”, “Qəbələ” və AZAL klublarıdır.

Son xəbərlər