Rauldan 400-cü qol

Rauldan 400-cü qol
XƏBƏR 20 Fevral 2012 / 11:24 1816
-  A +

Almaniyanın “Şalke” klubunun futbolçusu Raul Qonsales karyerasında 400-cü qolunu vurub.

Qol.Az-ın məlumatına görə, ispaniyalı hücumçu bu dəfə “Volfsburq”la Almaniya çempionatı matçında fərqlənib.

Komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Raul qollardan birinin müəllifi olub.

Qeyd edək ki, Raul Qonsales İspaniya “Real Madrid”ində şöhrət qazanıb.
Kral klubunun heyətində 323 dəfə fərqlənən Raul yığmada da 44 qola imza atıb. (lent.az)


Son xəbərlər