Almaniya Bundesliqasında XXII turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Səfərdə "Herta" (Berlin) klubunun qonağı olan "Borussiya" (Dortmund) rəqibini minimal hesabla məğlub edib. Bununla da, Dortmund təmsilçisi zirvədəki mövqeyini qoruyub.
Münhenqladbax "Borussiya"sı da turu qələbə ilə başa vurub. Səfərdə "Kayzerslautern"lə qarşılaşan "Borussiya" rəqibini 2:1 hesabı ilə məğlub edib.
"Bavariya" isə bu tur xal itkisi ilə üzləşib. Səfərdə "Frayburq"un qonağı olan Münhen təmsilçisi rəqibin müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Qeyd edək ki, XXII tura bu axşam keçiriləcək 2 oyunla yekun vurulacaq.
17 fevral
Almaniya Bundesliqasında XXII turun oyunları
"Hoffenhaym" - "Mainz" - 1:1
Qollar: Noveski, 9-avtoqol (1:0), Zidan, 29 (1:1)
18 fevral
"Herta" (Berlin) - "Borussiya" (Dortmund) - 0:1
Qol: Kroskroyts, 66 (0:1)
"Kayzerslautern" - "Borussiya" (Münhenqladbax) - 1:2
Qollar: Hermann, 10 (0:1), Aranqo, 15 (0:2), Yessen, 62 (1:2)
"Hamburq" - "Verder" (Bremen) - 1:3
Qollar: Marin, 9 (0:1), Traybull, 45 (0:2), Petriç, 76 (1:2), Arnautoviç, 86 (1:3)
"Nürnberq" - "Köln" - 2:1
Qollar: Esvein, 28 (1:0), Novakoviç, 66 (1:1), Pekhart, 85 (2:1)
"Bayer" (Leverkuzen) - "Augsburq" - 4:1
Qollar: Kislinq, 25 (1:0), 65 (3:1), Koo, 50 (1:1), Kastro, 62 (2:1), Şürrle, 71 (4:1)
"Frayburq" - "Bavariya" - 0:0
19 fevral
"Şalke" - "Volfsburq"
"Hannover" - "Ştuttqart"
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi