İngiltərə Federasiya kubokunda (FA) 1/8 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Öz meydanında "Birmingem"i qəbul edən "Çelsi" rəqibi ilə bacarmayıb. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan sülhlə ayrılıblar - 1:1.
Doğma meydanda "Bləkpul"u qəbul edən "Everton" klubu isə rəqibini məğlub etməyi bacarıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Liverpul təmsilçisi növbəti mərhələyə adlayıb.
Səfərdə "Sanderlend"in qonağı olan "Arsenal" klubu isə növbəti mərhələdən kənarda qalıb. Rəqibinə 0:2 hesabı ilə məğlub olan "topçular" kubokla erkən vidalaşmalı olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 oyunu isə bu axşam keçiriləcək.
18 fevral
İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin oyunları
"Çelsi" - "Birmingem" - 1:1
Qollar: Mörfi, 21 (0:1), Stariç, 62 (1:1)
"Everton" - "Bləkpul" - 2:0
Qollar: Drente, 1 (1:0), Strakualursi, 6 (2:0)
"Norviç" - "Leyçester" - 1:2
Qollar: Ledger, 6 (0:1), Hoolahan, 23 (1:1), Nugent, 71 (1:2)
"Milvall" - "Bolton" - 0:2
Qollar: Miyaiçi, 4 (0:1), David N`Gog (0:2)
"Sanderlend" - "Arsenal" - 2:0
Qollar: Rişardson, 40 (1:0), Çemberleir, 78-avtoqol (2:0)
19 fevral
"Kroli" - "Stok Siti"
"Stevenage" - "Tottenhem"
"Liverpul" - "Briqton"
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi