"Anji" klubunun ulduz futbolçusu Roberto Karlos Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində gələn həftə keçiriləcək CSKA (Moskva) - "Real" (Madrid) matçını dəyərləndirilib.
Qol.Az-ın məlumatına görə, brazilyalı futbolçu sabiq komandasının Moskva səfərinin asan keçməyəcəyini bildirib:
"CSKA bir müddət aparıcı hücumçusu Vaqner Lavı "Flamenqo"ya satdı. O, həqiqətən böyük futbolçu idi və Seydu Dumbiya ilə yaxşı anlaşırdı.
Bununla belə, Moskva səfəri "Real" üçün asan keçməyəcək. Çünki CSKA-nı bütün stadion dəstəkləyəcək. Havaya gəldikdə isə əgər külək olmasa, oyunun keçirilməsində heç bir problem olmayacaq".
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video