Unibank Premyer Liqasının XX turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Neftçi" matçında komandanın heyətində daha bir gənc futbolçu debüt edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın 76-cı dəqiqəsində Flavinyonu əvəzləyən Elşən Abdullayev 8 nömrəli forma ilə meydana daxil olub.
Futbolçu əsas komandada debütü ilə bağlı fikirlərini bölüşüb: "Məşqçilərə öz minnətdarlığımı bildirirəm ki, mənə əsas komandada oynamaq şansı verdilər. "Sumqayıt"la matçda 15 dəqiqə meydanda oldum. Mənə göstərilən etimadı oyunumla doğrultmağa çalışacam. Məqsədim odur ki, özümü yaxşı tərəfdən göstərib əsas komandada möhkəmlənim".
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi