Türkiyə milli komandası ilə yollarını ayırandan sonra işsiz qalan Quus Hiddinkin karyerasını Rusiyada davam etdirəcəyi iddia olunur.
Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis "Anji"ni çalışdıracağı bildirilir:
Rusiya mətbuatı Hiddinkin hazırda Moskvada olduğu və Mahaçqala təmsilçisi ilə danışıqlar apardığını yazır. Təcrübəli mütəxəssisin "Anji" ilə ilkin olaraq 6 aylığına müqavilə imzalayacağı gözlənilir. Hiddinkin işi rəhbərliyi qane edəcəyi təqdirdə isə mütəxəssislə müqavilə bir neçə illik uzadılacaq.
Qeyd edək ki, "Anji" bir müddət öncə İngiltərə milli komandasının baş məşqçi postundan istefa verən Fabio Kapelloya təklif göndərsə də, italiyalı mütəxəssis bundan imtina etmişdi.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi