"Barselona" klubunun ulduzu Lionel Messi bu dəfə iki rekorda birdən imza atıb.
Qol.Az-ın məlumatına görə, bu rekordlar isə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer" (Leverkuzen) klubu ilə ilk oyununda baş tutub.
Almaniyada keçirilən oyunda (3:1) komandasının 3-cü qoluna imza atan Messi ÇL-də qollarının sayını 45-ə çatdırıb. Bununla da, Messi avrokuboklarda cənubi amerikalı futbolçular arasında bombardir olub.
Messinin digər rekordu səfər oyunları ilə bağlıdır. Belə ki, argentinalı futbolçu ÇL-də ardıcıl olaraq 7 oyunda rəqib meydanında fərqlənib. Bu isə Avropanın ən nüfuzlu turnirində yeni rekord deməkdir.
Qeyd edək ki, Messi "Barselona"nın heyətində 3 dəfə - 2006, 2009 və 2011-ci illərdə ÇL-in qalibi olub.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi