"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo "Anji"nin hücumçusu Samuel Eto'onu qısqanıb.
Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu Eto'onun ondan çox qazandığını eşitdikdə, Madrid rəhbərliyindən maaşının artırılmasını tələb edib.
Hazırda illik 13 milyon avro qazanan Ronaldo meneceri Xorke Mendes vasitəsilə Madrid rəhbərliyinə öz etirazını bildirib. Ronaldo maaşının artırılaraq, Eto'odan daha çox qazanan futbolçu olmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm "İnter"dən "Anji"yə transfer olunan Eto'o Mahaçqala klubunda ilinə 20 milyon avro qazanır.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi