Çin məhkəməsi 4 futbol hakiminə hökm oxuyub. Qol.Az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, cəzalandırılanlar arasında 2002-ci il dünya çempionatının oyunlarını idarə etmiş Lu Tszyun da var.
Hakimlər rüşvət aldıqları üçün həbs olunublar. Tszyun 5,5 il, qalanları isə hərəyə 7 il həbs cəzası alıb.
Danışılmış oyunlar, pul qoyuluşunda fırıldaqlar və hakimlərin satın alınması ilə bağlı məhkəmə istintaqında 60 futbolçu, məşqçi və hakim iştirak edib. Məhkəmə hökmü ilə Tsyunun 100 min yuan (15,8 min dollar) qiymətləndirilən əmlakını müsadirə olunub.
Qeyd edək ki, Lu Tszyun 2002-ci il dünya çempionatında qrup mərhələsinin Xorvatiya – Meksika (0:1) və Polşa – ABŞ (3:1) matçlarının baş hakimi olub.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi