"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi yenidən diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, "Bayer" (Leverkuzen) klubunun iki futbolçusunun Messinin formasını almaq uğrunda mübahisə etməsi Almaniya mətbuatının əsas müzakirə mövzusu olub.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Bayer" (Leverkuzen) klubunun qonağı olan "Barselona"nın (3:1) argentinalı ulduzundan rəqibin iki futbolçusu formasını istəyib.
Futbolçuların mübahisəsindən xəbər tutan "Bayer"in idman direktoru Rudi Föller isə oyunçuların bu davranışlarına əsəbləşib: "Komandada hər kəs oyuna köklənmişdi. Ancaq Kadleç və Fridrix Messinin forması almaq uğrunda mübarizə aparırdılar. Bu, yolverilməzdir".
Qeyd edək ki, "Bayer"in bərabərlik qoluna imza atan Kadleç ilk hissə başa çatan kimi Messidən formasını istəmişdi. Lakin Kadleçdən daha tez tərpənən Manuel Fridrix bu formaya sahib çıxmışdı. Bununla belə, Messi matçın sonunda daha bir formasını Kadleçə verməli olub.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi