"İlk növbədə PFL-in və "Kəpəz" klubunun rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, Gəncə şəhər stadionunda meydança yaxşı vəziyyətdə deyildi və qarşılaşmanın Yevlax şəhərində keçirilməsi barədə qərar qəbul edildi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Kəpəz"lə oyundan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis görüşlə bağlı isə bunları bildirib: "Oyuna gəldikdəsə onu deyə bilərəm ki, matç ərzində "İnter"də oyun praktikasının çatışmazlığı hiss olundu. Realizasiyalarda problemlərin olduğu da müşahidə edildi. Buna baxmayaraq, vacib qələbə əldə etməyi bacardıq".
Mənbə: "İnter"in rəsmi saytı
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi