"Hannover"in türkiyəli futbolçusu Azərbaycan millisində

"Hannover"in türkiyəli futbolçusu Azərbaycan millisində
XƏBƏR 16 Fevral 2012 / 16:30 2817
-  A +

Fevralın 22-dən 29-a qədər Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək  21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Qol.Az-ın məlumatına görə, millimizin baş məşqçisi Bernhard Lippert Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları İslandiya yığması ilə oyun üçün 23 futbolçuya dəvət göndərib.

Qapıçılar: Əyyub Əliyev («Neftçi»), Osman Umarov («Qarabağ»), Səlahət Ağayev («İnter»).

Müdafiəçilər:
Ruslan Tağızadə, Tərlan Quliyev (hər ikisi – «Sumqayıt»), Elvin Yunuszadə («Neftçi»), Qara Qarayev («Qarabağ»), Novruz Məmmədov («Bakı»), İlkin Qırtımov, Rüstəm Abbasov (hər ikisi – «Simurq»), Zahid Quliyev («Xəzər Lənkəran»), Əli Gökdəmir («Hannover 96», Almaniya). 

Yarımmüdafiəçilər:
Abdulla Abasiyev, Kamil Nurəhmədov, Emin Mustafayev, Eşqin Quliyev (hamısı – «Sumqayıt»), Mirhüseyn Seyidov, Cavid İmamverdiyev (hər ikisi – «Neftçi»),  Rəhman Hacıyev («Bakı»), Araz Abdullayev («Panionios», Yunanıstan), Amit Quluzadə («Kayseri Erciyesspor», Türkiyə).

Hücumçu:
Orxan Həsənov («Sumqayıt»), Tural İsgəndərov («Qarabağ»).

Son xəbərlər