«Trabzonspor»un klub jurnalının fevral sayında həmyerlimiz Rasim Mövsümovun məqaləsi də yer alıb. Trabzon təmsilçisinin «PSV Eyndhoven»lə bugünkü oyununa həsr olunmuş həmin yazını diqqətinizə çatdırırıq.
İLK BAHARIN UĞURLU OLSUN, «QARA DƏNİZ FIRTINASI»!
Bu mövsüm ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayan «Trabzonspor» eyni zamanda tarixində ilk dəfə dekabr ayından sonra Avropada mübarizə aparacaq. Yoluna Avropa Liqasında davam edəcək «Qara dəniz fırtınası»nın 1/16 finaldakı rəqibi Hollandiya təmsilçisi «PSV Eyndhoven»dir. İlk oyunu bu gün Trabzonda keçiriləcək duelin cavab qarşılaşması isə fevralın 23-də Eyndhovendə baş tutacaq.
Bəli, «Trabzonspor» UEFA kuboku/Avropa Liqasının qrup mərhələsinin mövcud olduğu 2004/05 mövsümündən bəri ilk dəfə 1/16 finalda yarışacaq. Eyni zamanda «bordo-mavililər» ilk dəfə UEFA turnirlərinin bahar mərhələsində oynayacaqlar.
Amma məyusedici bir fakt da var ki, «Trabzonspor» sentyabr ayında Çempionlar Liqası qrup mərhələsinin ilk qarşılaşmasında səfərdə «İnter»ə 1:0 hesabı ilə qalib gəldikdən sonra beş oyundur Avropada qələbə üzübə həsrət qalıb, bu müddətdə 4 heç-heçə və 1 məğlubiyyətə imza atıb.
«PSV Eyndhoven» üç mövsümdür çempion ola bilmir
«Trabzonspor» bu uğursuz seriyanı dayandırmaq üçün mütləq «PSV Eyndhoven»ə qalib gəlməlidir. Bəs, Hollandiya klubu necə bir rəqibdir?
«Trabzonspor»dan fərqli olaraq, «PSV Eyndhoven» 9 oyundur Avropada məğlub olmur (6 qələbə və 3 heç-heçə) və bu qarşılaşmalardan 8-i hazırkı mövsümdə baş tutub. Hollandiya təmsilçisinin avrokuboklar çərçivəsində son üç səfər oyununda qalib gəlməsi də diqqətçəkən bir göstəricidir.
«PSV Eyndhoven»in son beş mövsümdə 4-cü dəfə 1/16 finala çıxmasını da xatırladaq: 2009/10 mövsümündə bu mərhələdə «Hamburq»a uduzsa da, 2007/08 mövsümündə «Helsinqborq» və keçən mövsüm «Lill» komandalarından güclü olub və sonra hər iki halda 1/4 finala yüksələ bilib.
Buna baxmayaraq, 2004/05-2007/08-ci illərdə ardıcıl 4 dəfə Hollandiya çempionu olan «PSV Eyndhoven» ondan sonra üç mövsümdür zirvəyə qalxa bilmir. «Trabzonspor»un rəqibi ölkə kubokunu isə 1997-ci ildən bəri yalnız bir dəfə (2004/05) qazanıb. Adıçəkilən klubun Avropadakı uğurları isə ötən əsrin 70-80-ci illərinə təsadüf edir: belə ki, 1977/78 mövsümündə UEFA kubokuna, 1987/88 mövsümündə isə Çempionlar kubokuna sahib çıxıb.
2004-cü ildə Efes Pilsen kubokunda 2:2
«Trabzonspor» və «PSV Eyndhoven» UEFA turnirlərində ilk dəfə qarşılaşacaqlar. Eyni zamanda bu trabzonluların rəsmi yarışlarda hollandiyalılara qarşı ilk mübarizəsi olacaq. Amma «PSV Eyndhoven» indiyə kimi türklərə qarşı 14 oyun keçirərək 7 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətə imza atıb, Türkiyədəki qarşılaşmalarda isə 1 qələbə və 1 heç-heçə əldə edərkən 5 dəfə də uduzub.
«Trabzonspor» və «PSV Eyndhoven» yalnız 2004-cü il yanvarın 12-də Antalyada yoldaşlıq turniri olan Efes Pilsen kubokunda üz-üzə gəliblər. Əsas vaxtı 2:2 bitən oyundan sonra penaltilər seriyasında Yan Venneqoor Hesselinkin qolu hollandiyalılara 7:6 hesablı qələbə qazandırıb.
Zokora ve Paulo Henrike Hollandiya klubuna qol vurublar
«Trabzonspor»lu Didye Zokora «Tottenhem»in formasını geyərkən UEFA kuboku-2007/08-in 1/8 finalında «PSV Eyndhoven»ə qarşı oynayıb. Hər iki komanda evdə rəqibinə 0:1 uduzduğundan mübarizə penaltilər seriyası ilə davam edib və Hollandiya klubu 6:5 hesabı ilə qalib gəlib. O zaman penaltidən fərqlənən Zokora «Tottenhem» formasıyla ilk və son dəfə topu rəqib qapısından keçirib.
«Trabzonspor»un braziliyalı hücumçusu Paulo Henrike isə 2007-2010-ci illərdə Hollandiyada «Herenven» klubunda oynayıb. O, 2009-cu il fevralın 27-də «PSV Eyndhoven»i 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada 2 qol vurub, onun adıçəkilən rəqibə qarşı oynadığı daha iki matç isə heç-heçə bitib.
Rutten Xəlili «Şalke»dən tanıyır
«Trabzonspor»lu Xəlil Altıntop və «PSV Eyndhoven»li Orlando Engelaar 2008/09 mövsümündə birlikdə «Şalke» klubunda oynayıblar. İşin maraqlı tərəfi isə Hollandiya klubunun indiki baş məşqçisi Fred Ruttenin o vaxt «Şalke»ni çalışdırmasıdır. Yeri gəlmişkən, 49 yaşlı mütəxəssis bu yay müqaviləsi başa çatdıqdan sonra «PSV Eyndhoven»i tərk edəcəyini açıqlayıb. Rutten ötən ilin dekabrında «PSV və mənim üçün ayrılma zamanı gəlib», - deyib. Onun 2009-cu ildən adıçəkilən klubu çalışdırdığını da bildirək.
Xəlil və Engelaardan başqa, «Trabzonspor»un polşalı futbolçuları Arkadiuş Qlovatski, eyni zamanda Pyotr və Pavel Brojek qardaşları 2008-2010-cu illərdə «PSV Eyndhoven»in braziliyalı müdafiəçisi Marselo ilə birlikdə «Visla Krakov» komandasında oynayıblar. Onlar 2008/09 mövsümündə Polşa çempionluğunu da qazanıblar.
Digər maraqlı fakt isə «PSV Eyndhoven»in mərakeşli ehtiyat qapıçısı Xalid Sinouhun 2007/08 mövsümündə Türkiyə Superliqasında «Kasımpaşa» klubunun qapısını qorumasıdır.
«Stok Siti» və ya «Valensiya»
«Trabzonspor» qarşıdakı «PSV Eyndhoven» səddini keçsə, 8 və 15 mart tarixlərində 1/8 finalda İngiltərənin «Stok Siti» və ya İspaniyanın «Valensiya» komandası ilə qarşılaşacaq. «Qara dəniz fırtınası» potensial rəqibləri ilə UEFA turnirlərində əvvəllər qarşılaşmayıb. «PSV Eyndhoven» isə «Stok Siti» ilə üz-üzə gəlməsə də, 1999/00 mövsümündə Çempionlar Liqası ilk qrup mərhələsində «Valensiya» ilə qüvvəsini sınayıb. Eyndhovendəki ilk oyunda məğlub olmayan (1:1) «Valensiya» daha sonra öz meydanında 1:0 hesabı ilə qələbə qazanıb.
Rasim MÖVSÜMOV
«FIFA Ballon d’Or» və «UEFA Best Player in Europe» mükafatlarının jüri üzvü
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Xorvatiya və Kolumbiyadan qələbə - DÇ-2026
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video