"Kəpəz" - "İnter" oyununun yeri və vaxtı dəyişdirildi

XƏBƏR 16 Fevral 2012 / 11:15 1882
-  A +

Unibank Premyer Liqasının XX turunun "Kəpəz" - "İnter" oyununun keçirilmə yeri dəyişdirilib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, Gəncə şəhər stadionunun ot örtüyünün pis vəziyyətdə olması ilə əlaqədar olaraq "Kəpəz" - "İnter" qarşılaşması Yevlax şəhər stadionunun əsas meydançasında keçiriləcək.

Qeyd edək ki, oyunun başlama saatı da dəyişdirilib. Əvvəlcə saat 14.00-da nəzərdə tutulan görüş saat 14.30-da başlanacaq.


Son xəbərlər