"Barselona"nın kapitanı: "Sonadək mübarizə aparacağıq"

"Barselona"nın kapitanı: "Sonadək mübarizə aparacağıq"
XƏBƏR 16 Fevral 2012 / 00:01 1780
-  A +

"Barselona" klubunun kapitanı Karles Puyol iddialı açıqlamaları diqqət çəkib. 

Qol.Az-ın məlumatına görə, Puyol bütün turnirlərdə sonadək mübarizə aparacaqlarını bildirib:

"Təbii ki, son oyunlardakı nəticələr bizi qane etmir. Ancaq çempionat hələ başa çatmayıb. Sonadək mübarizə apacağıq. Bütün turnirlərdə yalnız qalib olmaq üçün çalışırıq.

Bunun əksini düşünən səhvə yol vermiş olar. "Real"ın xal itirməsini gözləyəcəyik. Bununla yanaşı, qələbələrimizə də davam edəcəyik. Sonda istəyimizə nail olacağımıza inanıram".

Qeyd edək ki, 22 turdan sonra 48 xalı olan "Barselona" lider "Real"dan 10 xal geri qalır.

 


Son xəbərlər