"Səsim "Xəzər Lənkəran"la yox, "İnter"lə oyundan sonra batıb"

"Səsim "Xəzər Lənkəran"la yox, "İnter"lə oyundan sonra batıb"
XƏBƏR 15 Fevral 2012 / 17:24 2617
-  A +

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Sumqayıt"la oyundan sonra (3:0) maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Bakı"nın xorvatiyalı futbolçusu Aleksandr Şoliçin "ən güclü oyunumuzu "Neftçi"yə qarşı keçirəcəyik" fikirlərinə toxunan Hacıyev bu haqda belə danışıb:

"Bakı "Neftçi"yə qarşı oynamaq üçün gecə-gündüz məşq etməlidir. Antalyada təşkil olunan turnir çərçivəsində "Bakı"nın baş məşqçisi Aleksandr Starkovun bizim hər oyunumuzdan sonra xüsusi qeydlər apardığını görürdüm.
 
Bu da "Neftçi"nin gücündən xəbər verir. Turnirin son görüşü "Terek"lə oyundan sonra Starkova "dayan dostum, bu anonsdur, film hələ qabaqdadır" dedim. Səsim isə "Xəzər Lənkəran"la oyundan (5:0) sonra yox, "İnter"ə məğlubiyyətdən (1:2) sonra batıb". 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib