Rəşad Sadiqov: “Oyundan əvvəl komandamızda həyəcan var idi”

Rəşad Sadiqov: “Oyundan əvvəl komandamızda həyəcan var idi”
XƏBƏR 15 Fevral 2012 / 16:59 1642
-  A +

“Oyundan əvvəl komandamızda həyəcan var idi. Çunki qış fasiləsindən sonra ilk oyunumuza çıxırdıq”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadiqov Unibank Premyer Liqasının bu gün keçirilən 20-ci turunda “Bakı” üzərindəki 3:0 hesablı qələbədən sonra deyib.

O deyib ki, birinci hissədə vurulan ilk qoldan sonra komanda yoldaşlarında ruh yüksəkliyi artıb: “Bakı” isə bu qoldan sonra oyunun tempini aşağı salmağa başladı. Biz isə bundan istifadə edib daha iki dəfə fərqləndik” – deyə o vurğulayıb.


Qeyd edək ki, Rəşad Sadiqov “Bakı”yla matçdakı ikinci qolun müəllifi olub.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib