Samir Abasov: "Bu hesab gözlənilən idi"

Samir Abasov: "Bu hesab gözlənilən idi"
XƏBƏR 15 Fevral 2012 / 16:11 1504
-  A +

"Meydançanın vəziyyəti çox pis idi. Ona görə də zədələnərək oyundan çıxmalı oldum". 

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Sumqayıt" klubunun kapitanı Samir Abasov deyib.

"Neftçi" ilə oyunda zədələnən S.Abasov qarşıdakı bir neçə görüşü buraxacağını bildirib: "Belə meydança tək məni yox, bir çox futbolçuları sıradan çıxaracaq. Zədəm ciddi görünür. Ola bilsin ki, bir neçə oyunu buraxım.

Matça gəldikdə isə bu gün Azərbayanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Bu, hesab hardasa gözlənilən idi. Əsas hədəfimiz isə gələn mövsümə hesablanıb".


Son xəbərlər