Latviya millisinin daha bir futbolçusu Azərbaycanda

Latviya millisinin daha bir futbolçusu Azərbaycanda
XƏBƏR 15 Fevral 2012 / 12:22 2208
-  A +

“Simurq” klubu latviyalı futbolçu İqor Tarasovu heyətinə qatıb.

Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala təmsilçisi 24 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Latviya yığmasının üzvü “Simurq”da 29 nömrəli formanı geyinəcək.

İ.Tarasov artıq Zaqatalada komanda ilə məşqlərə çıxıb. Baş məşqçi Sergey Yuranın şans verəcəyi təqdirdə futbolçu  “Qəbələ” ilə oyunda meydana çıxacaq.

Qeyd edək ki, 1988-ci ildə Riqada dünyaya gələn İqor “Skonto”nun yetirməsidi və 2006-cı ildə bu komandanın əsas heyətinə cəlb olunub (2006-2007, 1 oyun).

2007-2009-cu illərdə Riqa “Olimp”ində 50 oyun keçirib 2 qol vuran yarımmüdafiəçi 2009-da “Skonto”ya dönüb və indiyədək 83 oyunda 11 qola imza atıb.

Xatırladaq ki, "Simurq" klubunda Latviya yığmasının daha bir üzvü - Andrey Rubins də çıxış edir.

Son xəbərlər