"Borussiya"nın hücumçusuna Çindən 30 milyon avro

"Borussiya"nın hücumçusuna Çindən 30 milyon avro
XƏBƏR 15 Fevral 2012 / 01:06 1985
-  A +

"Borussiya" (Dortmund) klubunun hücumçusu karyerasını Çində davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, Çinin "Quanqzhou Everqrande" klubu paraqvaylı futbolçu ilə yaxından maraqlanır.

Daha öncə argentinalı futbolçu Dario Konkanı heyətinə qatan Çin təmsilçisi Barriosu transfer etməkdə israrlıdır.

"Quanqzhou Everqrande" rəhbərliyi 27 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Lakin Dortmund təmsilçisi hələlik bu təklifə cavab verməkdə tələsmir.

Qeyd edək ki, Barrios bu mövsüm keçirdiyi 93 oyunda 44 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər