Mourinyo "Tottenhem"i çalışdıra bilər

Mourinyo "Tottenhem"i çalışdıra bilər
XƏBƏR 14 Fevral 2012 / 15:47 2052
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı gündəmdən düşmür.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssisin "Tottenhem"i çalışdıracağı iddia olunur.

İngiltərə milli komandasının baş məşqçi postuna gətiriləcəyi söylənilən Hari Rednapı "Tottenhem"də məhz Mouriyonun əvəz edəcəyi bildirilir. Mourinyonun daha öncə Premyer Liqaya qayıdacağı haqda fikirlər səsləndirməsi də bu cür xəbərlərin yayılmasına təkan verib.

Rednap isə daha öncə 2008-ci ildən bəri çalışdırdığı "Tottenhem" klubundan ayrılmaq istəmədiyini və yalnız öz işinə kökləndiyini bildirmişdi. Lakin Fabio Kapellonun gözlənilməz istefası hər iki məşqçinin planlarında dəyişiklik edə bilər.

Qeyd edək ki, İngiltərə milli komandasının baş məşqçi postuna namizədlər sırasında Quus Hiddink və David Moyes kimi mütəxəssislər də var.


Son xəbərlər