Portuqaliyalı ulduz "Beşiktaş"dan ayrılır

Portuqaliyalı ulduz "Beşiktaş"dan ayrılır
XƏBƏR 14 Fevral 2012 / 13:22 2470
-  A +

"Beşiktaş" klubunun ulduz futbolçusu Rikardo Quarejma mövsümün sonunda komandadan ayrılacaq.

Qol.Az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi isə portuqaliyalı futbolçunun uzun müddətdir maaşını ala bilməməsi göstərilir.

"Beşiktaş"dan ayrılmaq istədiyini bildirən Quarejma bu haqda belə danışıb: "Hazırda türk futbolu iqtisadi böhran yaşayır. Bəzi oyunçular mövsümün əvvəlindən maaşını ala bilmirlər.       
         
Mən də 4 aydır ki, pulumu almamışam. Menecerimə "Beşiktaş"da qalmaq istəmədiyimi bildirdim. Artıq özümə yeni klub axtarıram".

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib