"Neftçi" "Sumqayıt"la oyuna itkisiz hazırlaşır

"Neftçi" "Sumqayıt"la oyuna itkisiz hazırlaşır
XƏBƏR 13 Fevral 2012 / 18:23 1718
-  A +

"Neftçi" Unibank Premyer Liqasının XX turunda qarşılaşacağı "Sumqayıt" klubu ilə oyunun hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Komanda üzvləri bu gün matçın təşkil olunacağı "Şəfa" stadionunda məşq keçiblər.

Baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirilmiş hazırlıqda əsas heyətin bütün futbolçuları iştirak edib. İsinmə hərəkətləri ilə başlanan məşq ikitərəfli oyunla yekunlaşıb.
 
Xatırladaq ki, fevralın 15-də "Şəfa" stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" görüşü saat 14:00-da başlanacaq.


Son xəbərlər