Niasse: "Əsas rəqib kimi "Qarabağ" və "Neftçi"ni görürəm"

Niasse: "Əsas rəqib kimi "Qarabağ" və "Neftçi"ni görürəm"
XƏBƏR 13 Fevral 2012 / 16:42 2320
-  A +

"Türkiyə toplanışı bizim üçün yaxşı keçdi. Həmin vaxt səhhətimlə əlaqədar Bakıya gəldim və müalicə aldıqdan sonra yenidən komandanın düşərgəsinə qayıtdım".

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "İnter"in yarımmdüfiəçisi İbrahima Niasse deyib.

Artıq səhhətində heç bir problemin olmadığını bilidirən seneqallı futbolçu qarşıdakı oyunlara var-gücü ilə hazırlaşdığını vurğulayıb: "Artıq oyunlara səylə çalışıram. Səhhətimdə də heç bir problem yoxdur.

Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Rəqiblərimizin hər biri güclüdür. İlk "altılıq" oyunları isə daha çətin keçəcək. Burada əsas rəqib kimi isə "Qarabağ" və "Neftçi"ni görürəm".


Son xəbərlər