Səlahət Ağayev: "İnter"i tərk etmək niyyətim yoxdur"

Səlahət Ağayev: "İnter"i tərk etmək niyyətim yoxdur"
XƏBƏR 13 Fevral 2012 / 16:11 1455
-  A +

"İnter" Türkiyə toplanışından maksimum yararlandı və bir neçə yoxlama görüşündə qüvvəsini sınadı".

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "İnter"in qapıçısı Səlahət Ağayev deyib.

S.Ağayev artıq qarşıdakı oyunlara tam hazır olduğunu bildirib: "Artıq qarşıdakı oyunlara tam hazıram. Lakin son qərarı baş məşqçi verir. Əgər Kaxaber Sxadadze mənə ehtiyac duyarsa, çıxıb məmnuniyyətlə oynayaram.

Ehtiyatda qalmağıma baxmayaraq, "İnter"dəki vəziyyətimdən narazı deyiləm. Komandanı tərk etmək niyyətim yoxdur. Hətta "İnter"lə müqaviləmi uzatmışam. İnanıram ki, baş məşqçi qarşıdakı oyunlarda mənə də şans verəcək".


Son xəbərlər