Ronaldo: "La Liqada çempionluq yarışı davam edəcək"

Ronaldo: "La Liqada çempionluq yarışı davam edəcək"
XƏBƏR 13 Fevral 2012 / 12:48 2061
-  A +

"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo La Liqada çempionluq mübarizəsinin hələ davam edəcəyini bildirib.

Qol.Az-ın məlumatına görə, "Levante" ilə görüşdə (4:2) het-trik edən Ronaldo mövsümün sonuna qədər uğurlu seriyanı davam etdirməli olduqlarını vurğulayıb:

"La Liqanın sonuna hələ çox var. Gözləmək məcburiyyətindəyik. Hazırda "Real" yaxşı formadadır və belə də davam etməliyik. Vurduğum qollara gəldikdə isə bu daha çox komanda oyununun bəhrəsidir. İnanıram ki, bu seriyanı mövsümün sonuna qədər davam etdirəcəyəm".

Qeyd edək ki, hazırda 58 xalla turnir cədvəlinə başçılıq edən "Real" əzəli rəqibi "Barselona"nı 10 xal qabaqlayır.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə