Bekhem: "Klub almağı planlaşdırıram, ancaq..."

Bekhem: "Klub almağı planlaşdırıram, ancaq..."
XƏBƏR 13 Fevral 2012 / 02:13 1922
-  A +

Karyerasını Amerikanın "Los Angeles Qalaksi" klubunda davam etdirən Devid Bekhem gələcək planı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu karyerasını başa vurduqdan sonra Amerikada bir klubu satın alacağını bildirib:

"Amerikada bir klubu satın almağı planlaşdırıram. Futboldan ayrılmaq istəmirəm. Bu işlə də yaxından maraqlanıram. Ancaq hazırda "Los Angeles Qalaksi" klubunun şərəfini qoruyuram. Ona görə də karyeramı başa vurmadan klub almaq istəmirəm". 

Qeyd edək ki, Bekhem daha 2 mövsüm "Los Angeles Qalaksi"də çıxış edəcək.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə