"Çempionlar Liqasını yenə "Barselona" qazanacaq"

"Çempionlar Liqasını yenə "Barselona" qazanacaq"
XƏBƏR 13 Fevral 2012 / 01:35 2273
-  A +

2004-2007-ci illərdə "Barselona"da çıxış edən Lüdovik Jüli sabiq komandası haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu "Barselona"nın bu mövsüm də Çempionlar Liqasını qazanacağını bildirib:

"Barselona" üçün La Liqanı qazanmaq çətin olacaq. Çünki əzəli rəqibi "Real" (Madrid) klubu liderliyi əldən vermək niyyətində deyil. Ancaq Çempionlar Liqasını yenə "Barselona" qazanacaq.

"Barselona" super bir komandadır. Hər kəs orada oynamaq istəyər. Mən də vaxtilə bu komandada çıxış etdiyim üçün fəxr edirəm". 

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" (Leverkuzen) klubu ilə qarşılaşacaq.

 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə