Amit Quluzadənin komandası səfərdən xalla döndü

Amit Quluzadənin komandası səfərdən xalla döndü
XƏBƏR 12 Fevral 2012 / 23:52 1412
-  A +

Bu gün Türkiyə Bank Asya liqasında XXI turun matçları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin komandası “Kayseri Erciyesspor” səfərdə “Dənizlispor”la qarşılaşıb.

Kayseri təmsilçisi bu qarşılaşmada 1 xalla kifayətlənib - 1:1.
 
Həmyerlimiz komanda yoldaşları hesabı açdıqdan sonra – 74-cü dəqiqədə meydana daxil olub.

Meydan sahibləri də məhz onun meydanda olduğu vaxt bərabərlik qoluna imza atıblar.

Qeyd edək ki, bu bərabərlikdən sonra "Kayseri Erciyesspor" 29 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə