Fabio Kapelloya İspaniyadan təklif var

Fabio Kapelloya İspaniyadan təklif var
XƏBƏR 12 Fevral 2012 / 01:38 2135
-  A +

İngiltərə milli komandasından ayrılan Fabio Kapello karyerasını İspaniyada davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis "Malaqa" klubundan təklif alıb.

Son turlar işləri heç də yaxşı getməyən klubun sahibi Abdulla Bin Nasser hazırki baş məşqçi Manuel Peleqrini ilə yollarını ayırmaq niyyətindədir.

Komandaya Kapellonu gətirməyi planlaşdıran klubun sahibi artıq təcrübəli mütəxəssislə danışıqlara başlayıb. Lakin Peleqrinin "Malaqa" ilə mövsümün sonunadək müqaviləsi olduğundan Kapellonun keçidi bir qədər ləngiyə bilər.

Qeyd edək ki, "Malaqa" 21 turdan sonra hazırda 28 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə