"İngiltərə yığması yenə Avro-2012-nin əsas favoritidir"

"İngiltərə yığması yenə Avro-2012-nin əsas favoritidir"
XƏBƏR 12 Fevral 2012 / 00:01 1710
-  A +

"Malaqa" klubunun hücumçusu Ruud Van Nistelroy Fabio Kapellonun İngiltərə yığmasından getməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ilk öncə Kapellonun istefasına inanmadığını deyən "Real"ın sabiq futbolçusu buna rəğmən İngiltərə millisinin Avro-2012-nin əsas favoriti olduğunu vurğulayıb:

"Kapellonun istefasını eşitdikdə, inanmadım. Fikirləşdim ki, şaiyədir. Lakin sonradan bu xəbərin doğru olduğu ortaya çıxdı. Avropa çempionatına 3 ay qalmış baş məşqçi dəyişikliyi İngiltərə yığması üçün yaxşı olmadı.

Bundan sonra yeni baş məşqçi gələcək və komandaya təzə fikirlər və oyunçular gətirəcək. Bu isə komandanın əleyinə ola bilər. Bununla belə, İngiltərə yığması yenə Avro-2012-nin əsas favoritidir".

Qeyd edək ki, hollandiyalı futbolçu Kapello ilə 2006-2007-ci illərdə "Real" (Madrid) klubunda birgə çalışıb.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu