Benitez: "Real" La Liqanın əsas favoritidir"

Benitez: "Real" La Liqanın əsas favoritidir"
XƏBƏR 11 Fevral 2012 / 17:23 1922
-  A +

Məşhur ispaniyalı mütəxəssis Rafael Benitez "Real" (Madrid) klubunu La Liqanın əsas favoriti hesab edir.

Qol.Az-ın məlumatına görə, Benitez "Real"ın 7 xallıq fərqi əldən verəcəyinə inanmadığını bildirib:

"Hazırda La Liqada iki böyük komanda var. Bu mövsüm də çempionluq uğrunda "Real" və "Barselona" klubları mübarizə aparacaq.

Ancaq "Real" La Liqanın əsas favoritidir. Onlar çox gözəl heyətə malikdirlər və "Barselona"ya nisbətən daha şanslı görünürlər. "Real"ın 7 xallıq fərqi əldən verəcəyinə də inanmıram".

Qeyd edək ki, hazırda 55 xalla turnir cədvəlinə başçılıq edən "Real" əzəli rəqibi "Barselona"nı 7 xal qabaqlayır.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu