Qvardiola: "Real" bizim yerimizdə olmaq istəyir"

Qvardiola: "Real" bizim yerimizdə olmaq istəyir"
XƏBƏR 11 Fevral 2012 / 15:04 2290
-  A +

"Barselona"nın baş məşqçisi Pep Qvardiola İspaniya kubokunun final görüşünün "Santyaqo Bernabero"da keçirilməsi ilə bağlı "Real" (Madrid) klubunun etiraz etməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Qvardiola bunu anlayışla qarşıladığını və "Real"ın onların yerində olmaq istədiyini deyib:

"Santyaqo Bernabero" final matçı üçün çox uyğun bir stadiondur. "Real" bizi qısqanmasını da normal qarşılayıram. Çünki onlar bizim yerimizdə olmaq istəyirdilər. Ancaq son qərarı İspaniya Futbol Federasiyası (İFF) verir. Bununla belə, finalın hansı stadionda keçirilməsinin bizim üçün fərqi yoxdur. Əsas qələbə qazanmaqdır".

Qeyd edək ki, "Barselona" Madriddə keçiriləcək kubokun finalında "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.

 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə