Yığmamız finala penaltilərlə yüksəldi

Yığmamız finala penaltilərlə yüksəldi
XƏBƏR 11 Fevral 2012 / 14:56 1798
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix "Winter OBSL 2012" beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün Rusiyanın "Kristal" komandası ilə qarşılaşıb.

Qol.Az-ın məlumatına görə, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.

Zərbələri daha dəqiq yerin yetirən millimiz 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. Komandamızın heyətində həm oyun ərzində, həm də penalti seriyasında hərəyə 1 dəfə Comərd Baxşəliyev və Hikmət Bağırov fərqlənib.

Xatırladaq ki, futbolçularımız turnirdə daha əvvəl keçirdiyi oyunlarda Rusiya təmsilçisi olan "Podvodnik", ELMONT və SOVMORTRANS komandalarını, müvafiq olaraq, 4:1, 5:4 və 5:4 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, turnirin final oyunu fevralın 12-də, saat 14:00-da keçiriləcək.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu