Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Qol.Az-ın məlumatına görə, turnirin ilk günündə rinqə çıxan 3 boksçumuzun hamısı rəqiblərini məğlub edib.
Lakin ertəsi gün komandamız üçün uğursuz olub. 56 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov İsveç yığmasının təcrübəli üzvü Bəşir Həsəni 14:10 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı, türkiyəli Furkan Ulaş Məmiş olub. Gərgin mübarizə şəraitində keçən görüşdə Türkiyə boksçusu 1 xal üstünlüklə - 12:11 hesabı ilə qalib gəlib.
69 kq çəki dərəcəsində yarışan Tamerlan Abdullayev də turnirə qələbə ilə başlayıb. 19 yaşlı boksçumuz ötən il Türkiyənin paytaxtı Ankarada keçirilmiş Avropa çempionatının qalibi Fred Evans (Uels) üzərində qələbə qazanıb. Gərgin mübarizə şəraitində keçən döyüş Abdullayevin 1 xallıq üstünlüyü ilə yekunlaşıb – 8:7. Lakin millimizin üzvü ikinci görüşdə özbəkistanlı Əhməd Mamadjanova 7:17 hesabı ilə uduzub
Yeni çəki dərəcəsində - 81 kq-da mübarizə aparan Rahib Bəylərov da ilk döyüşdə qalib gəlib. Təcrübəli idmançımız slovakiyalı Dirnfeld Sandronu yarışdan kənarlaşdırıb – 12:11. Ancaq Bəylərov ikinci qarşılaşmada Finlandiya boksçusu Ville Kasper Hukkanenə 4:12 hesabı ilə uduzub.
Cavid Çələbiyev (52 kq) də yarışda mübarizəni dayandırıb. Azərbaycan çempionu cənubi koreyalı Şin Donq Myunqa 6:19 hesabı ilə məğlub olub. Kamran Mehdiyev (91 kq) isə Özbəkistan boksçusu Rüstəm Tulaqanovla döyüşdən məğlub ayrılıb – 6:16.
Beləliklə, yarışa 5 boksçu ilə yollanmış komandamız Macarıstan turnirində çıxışını medalsız başa vurub.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda