Millimiz ardıcıl üçüncü qələbəsini qazandı

Millimiz ardıcıl üçüncü qələbəsini qazandı
XƏBƏR 11 Fevral 2012 / 00:01 1619
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix "Winter OBSL 2012" beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ötən gün üçüncü oyununu keçirib.

Qol.Az-ın məlutına görə, Rusiyanın SOVMORTRANS komandası ilə qarşılaşan millimiz 5:4 hesablı qələbə qazanıb.

Komandamızın heyətində Zeynal Zeynalov, Comərd Baxşəliyev, Elvin Quliyev, Nahid Mehrəliyev və Hikmət Bağırov fərqlənib.

Xatırladaq ki, futbolçularımız turnirdə daha əvvəl keçirdiyi oyunlarda Rusiya təmsilçisi olan "Podvodnik" və ELMONT komandalarını müvafiq olaraq 4:1 və 5:4 hesabı ilə məğlub etmişdi.

Millimiz turnirdə növbəti oyununu sabah – fevralın 11-də keçirəcək. Saat 13:00-da başlayacaq qarşılaşmada millimizin rəqibi Rusiyanın "Kristal" komandası olacaq.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq