Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürüb

Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürüb
XƏBƏR 10 Fevral 2012 / 23:18 1587
-  A +

Xəbər verdiyimiz kimi, mart ayının 9-da AFFA-nın hesabat-seçki Konfransı keçiriləcək.

Qol.Az-ın məlumatına görə, konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

AFFA-nın prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdir. (affa.az)


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner