Del Boske İspaniya yığmasından ayrılır

Del Boske İspaniya yığmasından ayrılır
XƏBƏR 10 Fevral 2012 / 16:42 2026
-  A +

İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske yenidən "Real" (Madrid) klubunu çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, bu xəbərləri təkzib edən ispaniyalı mütəxəssis Avro-2012-dən sonra məşqçi karyerasını başa vuracağını açıqlayıb:

"Avro-2012-dən sonra İspaniya yığmasından gedəcəyəm. Ancaq bundan sonra heç bir təklifi də qəbul etməyəcəyəm. Yenidən "Real"ı çalışdıracağım haqda yayılan xəbərlər də həqiqəti əks etdirmir. Mən İspaniya millisindən sonra məşqçi karyeramı başa vuracağam".

Qeyd edək ki, Del Boske 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında İspaniya millisinə ilk çempionluğu yaşatmışdı.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq