AFFA Unibank Premyer Liqasının baş məşqçilərini Dubaya aparır

XƏBƏR 10 Fevral 2012 / 15:34 2111
-  A +

Xəbər verdiyimiz kimi, fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Qol.Az-ın məlumatına görə, AFFA rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçisinin qərarına əsasən Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq.

Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib