Maradona: "Terri Kapellonun istefası üçün bəhanə oldu"

Maradona: "Terri Kapellonun istefası üçün bəhanə oldu"
XƏBƏR 10 Fevral 2012 / 12:09 1904
-  A +

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Fabio Kapellonun İngiltərə yığmasından getməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Maradona İngiltərə Futbol Federasiyasının (İFF) Con Terrini bəhanə edərək Kapellounu millinin postundan kənarlaşdırdığını açıqlayıb:

"İFF Terrinin kapitanlıq sarğısından məhrum olması ilə yaranan qalmaqaldan maksimum istifadə etdi. Bu, onlar üçün bir bəhanə oldu. Federasiya Kapellodan qurtulmaq istəyirdi. Çünki onun işindən narazı idilər. Ona görə də Kapello ilə yollarını ayırdılar".

Qeyd edək ki, kapitanlıq sarğısının Terrinin əlindən alınmasından sonra federasiya ilə Kapello arasında gərginlik yaşanmışdı.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq