Yığmamız Rusiya təmsilçisini 5 qolla keçdi

Yığmamız Rusiya təmsilçisini 5 qolla keçdi
XƏBƏR 10 Fevral 2012 / 11:18 1911
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix "Winter OBSL 2012" beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci oyununu da qələbə ilə başa vurub. 

Qol.Az-ın məlumatına görə, ilk oyunda Rusiyanın "Podvodnik" komandasını 4:1 hesabı ilə məğlub edən millimiz, ikinci qarşılaşmada daha bir Rusiya təmsilçisi – ELMONT komandası üzərində 5:4 hesablı qələbə qazanıb.

Millimizin heyətində Comərd Baxşəliyev və Nahid Mehrəliyev dubl edib. Bir qolun müəllifi isə Elvin Quliyev olub.

Millimiz turnirdə növbəti oyununa bu gün çıxacaq. Saat 19:00-da başlayacaq qarşılaşmada millimizin rəqibi Rusiyanın SOVMORTRANS komandası olacaq.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib