Həmid Altıntopdan bəd xəbər

Həmid Altıntopdan bəd xəbər
XƏBƏR 10 Fevral 2012 / 01:42 2806
-  A +

Madridin "Real" klubunun türkiyəli futbolçusu Həmid Altıntop zədələnib.

Qol.Az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, dünən “Real”ın rəsmi internet səhifəsində yer alan xəbərdə Altıntopun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Türkiyəli futbolçu komandasının növbəti turda “Levante” ilə keçirəcək matçın heyətində yer almayacaq.

Təcrübəli oyunçunun həmçinin fevralın 29-da Türkiyə milli komandasının Slovakiya ilə yoxlama görüşündə meydana çıxmayacağı gözlənilir.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib